Gəncədə azərbaycanlıların soyqırımına aid abidə ucaldılacaq

Gəncədə azərbaycanlıların soyqırımına aid abidə ucaldılacaq
# 26 fevral 2015 14:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Azərbaycanlıların soyqırımına aid Gəncədə abidənin ucaldılması nəzərdə tutulur.

APA-nın qərb bürosunun məlumatına görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Gəncədə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılsa da, soyqırım qurbanlarına aid abidə yoxdur: “Yaxın vaxtlarda şəhərdə olan parkların birində ayrı-ayrı vaxtlarda Azərbaycan xalqına qarşı törədilən soyqırıma aid abidə ucaldılacaq. Abidədə xalqımızın başına gətirilən acılar və qan yaddaşının saxlanıb gələcək nəsillərə ötürülməsi öz əksini tapacaq”.

Abidənin martın 31-ə kimi hazırlanması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR