“Azər-Türk Bank”ın səhmdarları dəyişib

“Azər-Türk Bank”ın səhmdarları dəyişib
# 30 avqust 2014 11:08 (UTC +04:00)

Bakı – APA-Economics. “Azər-Türk Bank” ASC-nin səhmdarları sırasında dəyişiklik baş verib.

APA-Economics” bankın rəsmi saytında yer alan informasiyaya istinadən xəbər verir ki, “Aqrarkredit” Bank olmayan Kredit Təşkilatı və “Turanbank” ASC bankın səhmdarları sırasını tərk edib.

Bundan öncə bankın səhmdarları T.C.Ziraat Bankası A.Ş. (46,00 %), “Aqrarkredit” (46,00 %), Ziraat Bank İnternational AG (4,00 %) və Turanbank ASC (4,00 %) idi.

Hazırda isə, bankın səhmdarları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (50%), T.C.Ziraat Banksı A.Ş. (46,00 %) və Ziraat Bank İnternational AG-dir (4,00%). Yəni, “Aqrarkredit” 46% payı ilə bərabər “Turanbank”ın 4%-lik payı da Əmlak Məsələləri Dövlət Komitəsi sahib çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR