Azərbaycanda yeni yaradılan universitetdə tədrisin ingiliscə aparılmasının səbəbi açıqlanıb

Azərbaycanda yeni yaradılan universitetdə tədrisin ingiliscə aparılmasının səbəbi açıqlanıb
# 28 iyun 2016 10:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil nazirinin müavini Ceyhun Bayramov Fransa-Azərbaycan Universitetində (UFAZ) tədrisin ingilis dilində aparılmasının səbəbini açıqlayıb.

APA-nın xəbərinə görə, Ceyhun Bayramov deyib ki, universitetdə tədris Fransa tərəfindən partnyor olan Strasburq Universitetinin proqramları əsasında olacaq. Hazırda Strasburq Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında danışıqlar gedir: “Məntiq ondan ibarətdir ki, həmin universiteti bitirən tələbələr iki ölkənin ali təhsil müəssisələrinin diplomlarını alacaq. Strasburq Universiteti Avropanın ən yüksək səviyyədə təhsil verən və yüksək akademik göstəriciləri olan universitetlərdən biridir. Strasburq Universitetinin rektoru Avropa Tədqiqat Universitetləri Assosiasiyasının prezidentidir. Burada fransız və ya ingilis dili arasında seçim aparılmalı idi. Azərbaycanda ingilis dilinin tətbiqi daha genişdir. Ölkə məktəblərində daha çox ingilis dili tədris olunur. Şagirdlər xarici dillər arasından ən çox ingilis dilini seçirlər. Buna əsasən da Fransa-Azərbaycan Universitetində ilk olaraq tələbə seçimində ingilis dilindən başlanıb. Amma o da istisna deyil ki, gələcəkdə müəyyən ixtisaslara qəbul fransız dilində də təşkil olunsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR