Azərbaycanda elektron məlumat sisteminə mədəniyyət sahəsinə dair məlumatları daxil edən iki subyekt müəyyənləşdirilib

Azərbaycanda elektron məlumat sisteminə mədəniyyət sahəsinə dair məlumatları daxil edən iki subyekt müəyyənləşdirilib
# 19 aprel 2015 08:09 (UTC +04:00)

Nazirlər Kabineti “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qaydaya əsasən mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi, dövlət reyestrinin və dövlət monitorinqinin aparılması, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlər arasında münasibətlərin inkişafı məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır.

Mədəniyyət sahəsində elektron məlumat sisteminə Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı və mədəni sərvətlərin mühafizə siyahısı, milli mədəni irs obyektlərinə aid edilən xüsusi əhəmiyyət daşıyan mədəniyyət obyektləri mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, sahə üzrə qəbul edilən normativ hüquqi aktlar və tədbirlər planları, mədəniyyət sahəsində aparılan dövlət reyestri, mədəniyyət nümunələrinin Azərbaycan Respublikasının milli mədəni sərvətlərinə aid edilməsi məqsədi ilə həyata keçirilən ekspertizalar, qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri sistemi, milli mədəni irsə aid edilən kulinariya nümunələri, milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədi ilə görülmüş tədbirlər, həyata keçirilən və ya maliyyələşdirilən layihələr, Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanmış mühafizə müqavilələri, Azərbaycan ərazisində aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, Azərbaycan ərazisində arxeoloji qazıntılar aparmış və elmi tədqiqat işlərini yerinə yetirmiş şəxslər tərəfindən təqdim edilmiş hesabatlar, xarici dövlətlərdə həyata keçirilən mədəniyyət tədbirləri, xarici dövlətlərdə yaradılan, inkişafı və fəaliyyətləri əlaqələndirilən mədəniyyət mərkəzləri daxildir.

Eyni zamanda dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri, mədəni və tarixi sərvətlərin hüquqi, fiziki şəxslər tərəfindən respublika ərazisindən kənara çıxarılmasına, həmçinin qaytarılmasına icazələrinin verilməsi haqqında məlumatlar bura daxil ediləcək.

Elektron məlumat sisteminin təşkili məqsədi ilə proqram təminatı və mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Elektron məlumat sisteminin iştirakçıları isə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir.

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilən mədəni sərvətlər, milli mədəni irs obyektlərinə aid edilən xüsusi əhəmiyyət daşıyan mədəniyyət obyektləri, mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, sahə üzrə qəbul edilən normativ hüquqi aktlar və tədbirlər planları, mədəniyyət sahəsində aparılan dövlət reyestri, mədəniyyət nümunələrinin Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid edilməsi məqsədi ilə həyata keçirilən ekspertizalar, qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri, milli mədəni irsə aid edilən kulinariya nümunələri, şəhadətnamə verilmiş mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilən mədəni sərvətlər, milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədi ilə görülmüş tədbirlər, həyata keçirilən və maliyyələşdirilən layihələr, Azərbaycan Respublikasında mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanmış mühafizə müqavilələri, Azərbaycan Respublikasının ərazisində aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, onların hesabatı, xarici dövlətlərdə həyata keçirilən mədəniyyət tədbirləri, xarici dövlətlərdə yaradılan, inkişafı və fəaliyyətləri əlaqələndirilən mədəniyyət mərkəzləri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri barədə məlumatların elektron məlumat sistemində yerləşdirilməsi üzrə cavabdehdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədi ilə görülmüş tədbirlər, həyata keçirilən və maliyyələşdirilən layihələr, mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanmış mühafizə müqavilələri, ərazidə aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, onların hesabatı, xarici dövlətlərdə həyata keçirilən mədəniyyət tədbirləri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri barədə məlumatların yerləşdirilməsi üzrə elektron məlumat sistemində yerləşdirilməsi üzrə cavabdehdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR