CNN: Xəzər dənizi akvatoriyasından Suriyaya buraxılan Rusiya raketlərinin bir neçəsi İrana düşüb

CNN: Xəzər dənizi akvatoriyasından Suriyaya buraxılan Rusiya raketlərinin bir neçəsi İrana düşüb
# 08 oktyabr 2015 22:38 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi cavabında bildirib ki, raketlərin hamısı Suriyadakı hədəfləri vurub.

Telekanal ABŞ-dakı iki vəzifəli şəxsə istinadən bildirir ki, Suriyadakı mövqelər hədəfi olduğu Rusiya raketlərindən azı dördü İrana düşüb. Məlumatı verən şəxslərdən biri insident nəticəsində qurbanların olduğunu ehtimal etsə də, digəri bu məlumatı təsdiqləməyib.

Onlar həmçinin raket buraxılışının Xəzər dənizinin cənub akvatoriyasından həyata keçirildiyini təsdiqləyiblər. Rəsmi Vaşinqton bu məlumatı hələlik təsdiqləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR