YAP Gənclər Birliyi Gənclər Günü ilə bağlı tədbir keçirib - FOTOSESSİYA

YAP Gənclər Birliyi Gənclər Günü ilə bağlı tədbir keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 29 yanvar 2013 09:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatında mühüm rolundan bəhs edib. O deyib ki, Azərbaycan gəncləri vətənpərvərliyi, fəallığı, gücü və qüdrəti sayəsində ölkənin uğurlu gələcəyini təmin edəcək. Ə. Əhmədov bildirib ki, üzvlərinin sayı 600 minə çatan YAP “ordusunun” əsas hissəsi gənclərdən ibarətdir: “Onlar yalnız say artırmırlar, onlar partiyanın cəmiyyətdəki rolunun daha da güclənməsi üçün mühüm fəallıq göstərirlər”.

Ə. Əhmədovun sözlərinə görə, qarşıdan gələn prezident seçkilərində YAP-ın fəallığının təmin edilməsinə gənclər öz töhfəsini verəcək.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə Azərbaycan gəncliyinin ölkənin inkişafında fəal iştirak etdiyini, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib: “Azərbaycan gənci hər sahədə öz dəst-xətti ilə seçilir. Bugünkü Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin siyasi həyatında öz sözünü deyir. Bu gənclik imkan verməyəcək ki, Azərbaycanın inkişafı dayandırılsın”.

“Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının sədri, deputat Fuad Muradov isə deyib ki, bu gün Azərbaycanın müstəqilliyin qorunub saxlanılmasında, dövlətçiliyin möhkəmlənməsində gənclərin üzərinə az iş düşmür: “Bu gün bizim düşmənimiz çoxdur, çünki güclü inkişaf edən ölkələrin düşməni çox olur. Azərbaycanın həll olunmamış Dağlıq Qarabağ problemi var və bur problemin həll olunması üçün hamımız gücümüzü cəmləşdirməliyik”.

Deputat qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı müxtəlif layihələr həyata keçirilir, böyük beynəlxalq tədbirlər təşkil olunur: “1990-cı illərin əvvəlində gənclərin şəraiti yox idi, bu gün bütün şərait var. Bu il Azərbaycanda çox ciddi siyasi proses baş verəcək və gənclərin üzərinə böyük iş düşür. Hər birimiz seçkilərdə ayıq olmalıyıq, çünki Azərbaycanın gələcəyindən söhbət gedir”.

Daha sonra tədbir gənclər təşkilatları liderlərinin çıxışları ilə davam edib. Fəal gənclər fəxri fərmanlarla təltif ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR