Gürcüstan-Rusiya münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin ikinci görüşü martın 1-də baş tutacaq

Gürcüstan-Rusiya münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin ikinci görüşü martın 1-də baş tutacaq
# 14 fevral 2013 23:16 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın və Rusiyanın iki ölkə arasında münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələri Zurab Abaşidzenin və Rusiya XİN rəhbərinin müavini Qriqoriy Karasınin ikinci görüşü martın 1-də baş tutacaq. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Tiflisdə jurnalistlərə açıqlamasında Zurab Abaşidze bildirib. Onun sözlərinə görə, görüşün keçiriləcəyi məkan hələlik müəyyən olunmayıb, görüşün Avropa şəhərlərinin birində baş tutacağı ehtimal olunur.

Xatırladaq ki, Gürcüstanın və Rusiyanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrinin birinci görüşü dekabrın ortalarında Cenevrədə keçirilmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR