Əbülfəs Qarayev: "Turistlərin təhlükəsizliyi müvafiq dövlət orqanları ilə birgə təmin olunur"

Əbülfəs Qarayev: "Turistlərin təhlükəsizliyi müvafiq dövlət orqanları ilə birgə təmin olunur"
# 11 iyul 2016 11:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “ASAN vizanın texniki şərtləri dəqiqləşdirilir. Üç gün müddətində insanlar sərbəst, telefon vasitəsilə vizaların əldə edilməsinə nail olacaqlar”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, "ASAN Xidmət"lə Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlıq edir, turizm şirkətləri viza işi ilə məşğul olur və bu, davam edəcək.

Ə. Qarayev əlavə edib ki, turistlərin təhlükəsizlik məsələləri müvafiq dövlət orqanları ilə birgə təmin olunur: “Biz otellərdə təhlükəsizlik ölçülərinin götürülməsi haqqında müvafiq tövsiyələr və nizamnamələr hazırlayıb, Fövqəladə Hallar Nazirliyinə təqdim etmişik. Eyni zamanda, bu gün dünyada baş verən hadisələr bizi insanların çox toplaşdığı yerlərə daha həssaslıqla yanaşmağa məcbur edir. Biz buna hazır olmalıyıq. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti bu işə cəlb olunub və lazımı işlər görülür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR