Fikrət İsmayılov dəfn olunub - VİDEO

Fikrət İsmayılov dəfn olunub - <span style="color: red;">VİDEO
# 31 mart 2015 15:07 (UTC +04:00)

APA-nın məlumatına görə, mərhumun nəşi yaşadığı evdən götürülüb və II Fəxri Xiyabanda dəfn olunub.

Dəfn mərasimində YAP sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər, partiya rəhbərliyi iştirak edib.

Qeyd edək ki, Fikrət İsmayıl oğlu İsmayılov 1935-ci il yanvarın 3-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olub. Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı oğlan orta məktəbini, daha sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat və istehsalat əsasları ixtisası üzrə bitirib. 1960-cı ilin noyabr ayından AMEA Fizika İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. 1973-cü ildə Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində Moskvadakı Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunun Bakı filialı yaradılıb və Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Fizika İnstitutundan bir neçə nəfər, o cümlədən Fikrət İsmayılov həmin instituta keçib. Həmin vaxtdan keçmiş SSRİ-nin süqutuna qədər orada fəaliyyət göstərib. SSRİ dağılandan sonra isə həmin institut Foto-Elektronika İnstitutu adı ilə Milli Elmlər Akademiyasının tabeçiliyinə verilib. Sonradan isə Fizika İnstitutu ilə birləşdirilib və Fikrət İsmayılov Fizika İnstitutunda laboratoriya rəhbəri kimi fəaliyyət göstərib. Fizika-riyaziyyat elmləri doktoru, professor F.İsmayılov 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransından etibarən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub. 1993-cü il fevralın 20-dən YAP Yasamal rayon təşkilatına rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR