İranda 4 nəfər edam edilib

İranda 4 nəfər edam edilib
# 25 fevral 2013 11:58 (UTC +04:00)

APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 4 məhbus barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. Onlar həbs edilən zaman üzərlərindən ümumilikdə 5 kiloqram 51 qram müxtəlif növ narkotik maddə tapılıb. Ölüm hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra 3 məhbus Qəzvinin mərkəzi həbsxanasında və 1 nəfər isə Behbəhan həbsxanasında asılaraq edam edilib.

İranın İnsan Haqları Fəalları Agentliyinin yaydığı məlumata görə, bu ölkədə yanvarın 21-dən fevralın 19-dək 41 nəfər həbsxanalarda edam edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR