Biləsuvarda 60 yaşlı qadın intihar edib

Biləsuvarda 60 yaşlı qadın intihar edib
# 06 iyul 2016 18:32 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Biləsuvarda intihar hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, 123 ünvanında qeydə alınıb.

Həmin evdə yaşayan 1956-cı il təvəllüdlü Şəhrəbanu Almasxan qızı Əsgərova evin arxasındakı su çənindən özünü asaraq intihar edib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR