Azərbaycanın Macarıstandakı səfiri bu ölkənin İctimai Televiziyasının rəhbərliyi ilə görüşüb

Azərbaycanın Macarıstandakı səfiri bu ölkənin İctimai Televiziyasının rəhbərliyi ilə görüşüb
# 15 fevral 2013 16:23 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev macar İctimai Televiziyasının - “Duna TV”-nin baş direktoru Menhert Dobos və Beynəlxalq əlaqələr departamentinin rəhbəri xanım Ester Kantor ilə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Macarıstanın elektron KİV-də iki ölkə xalqlarının tarixi, mədəniyyəti, ədəbiyyat və incəsənəti, mətbəxi, ortaq mənəvi dəyərləri barəsində silsilə proqramların hazırlanması ətrafında fikir mübadiləsi aparılıb.

Səfirliyin təqdimatı ilə populyar Azərbaycan bədii filmlərinin macar subtitrləri ilə Duna TV-də nümayiş etdirilməsi ilə bağlı razılıq əldə edilib. Macarıstan İctimai Televiziyası bu il mayın 28-də “Azərbaycan günü” keçirmək və ölkəmizin milli bayramı ilə əlaqədar müxtəlif proqramlar nümayiş etdirmək təklifini də qəbul edib. Görüş zamanı Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar onun barəsində çəkilmiş sənədli filmlərin macar televiziyasında nümayişi ilə bağlı məsələ də müzakirə olunub.

Təklifi məmnunluqla qəbul edən “Duna TV”-nin rəhbərliyi müvafiq razılıq əldə edilərsə, Azərbaycan İctimai Televiziyası ilə əməkdaşlıq şəraitində yeni proqramların hazırlanmasında iştiraka hazır olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR