Hacıqabulda qanvermə aksiyası keçirilib

Hacıqabulda qanvermə aksiyası keçirilib
# 01 sentyabr 2015 16:34 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda qanvermə aksiyası keçirilib.


Mərkəzi Rayon Xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, aksiya Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda qan bankının yaradılması, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı, həmçinin irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədilə təşkil olunub.

Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl səyyar laboratoriyada yoxlanılıb. Müayinə nəticəsində sağlamlığı qan götürməyə imkan verən 150 nəfərdən çox şəxsdən qan götürülüb.


Qanvermə aksiyasında rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və digər müəssisələrin rəhbər və sıravi işçiləri könüllü olaraq donor olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR