Belçikanın məşhur müğənnisi Lara Fabian Azərbaycana səfər edəcək

Belçikanın məşhur müğənnisi Lara Fabian Azərbaycana səfər edəcək
# 22 aprel 2013 06:32 (UTC +04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, Lara Fabian tədbirin əsas günündə Qlobal Liderlər Şurasının təsis olunması ilə bağlı xüsusi konsert verəcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisləri, 50-dən çox sabiq ölkə və hökumət başçılarını bir yerə toplayacaq.

Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR