Qaçırılmış maşınlar sahiblərinə qaytarılıb

Qaçırılmış maşınlar sahiblərinə qaytarılıb
# 19 sentyabr 2015 07:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qaçırılmış maşınlar sahiblərinə qaytarılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Çevik Polis Alayı, Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 17-də gecə saatlarında Zabrat qəsəbəsində qaçırılan, Elxan Bağırova məxsus VAZ-21011 markalı avtomobil Məhəmmədi kəndində, sentyabrın 7-də Zabrat qəsəbəsi Şəhər şosesindən qaçırılan, Maqsud Yusifova məxsus VAZ-2107 markalı avtomobil sentyabrın 17-də Pirşağı qəsəbəsində, sentyabrın 4-də Cavadxan küçəsindən qaçırılan, Bəhrəm Qasımova məxsus VAZ-2104 markalı avtomobil isə Bakı Beynəlxalq Avtovağzalın qarşısında aşkar olunaraq sahiblərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR