Prezident İlham Əliyev İndoneziyanın yeni seçilmiş prezidenti Coko Vidodoya təbrik məktubu göndərib

Prezident İlham Əliyev İndoneziyanın yeni seçilmiş prezidenti Coko Vidodoya təbrik məktubu göndərib
# 04 avqust 2014 14:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İndoneziya Respublikasının yeni seçilmiş prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

Məktubda deyilir: Hörmətli cənab Vidodo!

İndoneziya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR