Britaniya xüsusi xidmət orqanları amerikalı jurnalistin başını kəsən şəxsin kimliyini müəyyən edib

Britaniya xüsusi xidmət orqanları amerikalı jurnalistin başını kəsən şəxsin kimliyini müəyyən edib
# 22 avqust 2014 12:56 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Britaniyanın “Sun” qəzeti yazıb.

Qeyd olunur ki, həmin şəxs İslamı qəbul edərək Londonun “Tower Hamlets” məhəlləsindən Suriyaya döyüşməyə yollanıb. Onun adı və soyadı hələlik açıqlanmır.

Bildirilir ki, Suriya, İraq və Livanda döyüşən 500 Britaniya təbəəsinin yarısı London sakinləridir.

BBC isə xəbər verir ki, “Bitl” ləqəbli ingilisin rəhbərlik etdiyi dəstə “İslam dövləti” qruplaşmasının tərkibində girovların saxlanılması üzrə ixtisaslaşıb. Hazırda silahlıların düşərgələrində qadınlar da daxil olmaqla, 20-dək girovun saxlanıldığı iddia edirlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR