"Parabank" müştəriləri borclarını və ödənişlərini bankın rəsmi səhifəsi vasitəsilə onlayn ödəyə bilər

"Parabank" müştəriləri borclarını və ödənişlərini bankın rəsmi səhifəsi vasitəsilə onlayn ödəyə bilər
# 25 iyun 2015 07:00 (UTC +04:00)

Bakı - APA-Economics. "Parabank" müştərilərə borclarını və ödənişlərini bankın rəsmi səhifəsi (www.parabank.az) vasitəsilə onlayn ödəmək imkanı yaradan xidməti təqdim edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu xidmət banka getmədən, 24 saat real vaxt rejimində asan, operativ və etibarlı olaraq "Kredit ödənişləri", "Əmanət vəsaitlərinin artırılması", "Cari hesablara vəsaitlərin mədaxili" kimi bank əməliyyatlarını həyata keçirməsi üçün imkan yaradır.

Xidmətdən istifadə qaydası olduqca rahat və sadədir. Bankın rəsmi saytı vasitəsilə "Onlayn Ödənişlər" səhifəsinə daxil olub məlumatların eyniləşdirilməsi üçün doğum tarixi və bank hesabı üzrə qeydiyyat nömrəsi (müştəri kodu) daxil edilməlidir.

Açılan səhifədə kreditlərin, depozitlərin və hesabların siyahısı bölmələrindən istənilən bank əməliyyatlarını yerinə yetirmək mümkündür.

Müştərinin krediti olduğu halda cari hesaba vəsait köçürüldükdən sonra hesaba bağlı kredit üzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinəcək. Yatırılan vəsaitin ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq olarsa, qalıq məbləğ əsas borcdan çıxılacaq.

Əlavə məlumat üçün müştərilər https://www.facebook.com/Parabank rəsmi Facebook ünvanına və ya 139 - Məlumat Mərkəzinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR