TQDK: AMEA magistraturasına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl müsahibədən keçməlidirlər

TQDK: AMEA magistraturasına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl müsahibədən keçməlidirlər
# 01 may 2015 13:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmaq istəyən bakalavrlara müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, AMEA üzrə magistratura səviyyəsinin ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl 4-8 may tarixlərində saat 10-dan 17-dək AMEA-da müsahibədən keçməlidirlər.

AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçirildiyi ünvanlar haqqında məlumat http://www.tqdk.gov.az/news/master/1275/ linkində verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR