Barroso ilə Putin Avropa Komissiyası, Rusiya və Ukrayna arasında məsləhətləşmələr barədə razılığa gəliblər

Barroso ilə Putin Avropa Komissiyası, Rusiya və Ukrayna arasında məsləhətləşmələr barədə razılığa gəliblər
# 14 avqust 2014 23:50 (UTC +04:00)

Bakı-APA. Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso və Rusiya prezidenti Vladimir Putin assosiativ razılaşmanın reallaşdırılması, qaz təchizatı və siyasi böhranın nizamlanması üzrə Avropa Komissiyası, Rusiya və Ukrayna prezidentləri arasında məsləhətləşmələr barədə razılığa gəliblər.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq razılaşma Barroso və Putin arasında baş tutan telefon bağlantısı zamanı əldə edilib.

Həmçinin, Barrosonun Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığı olub. Telefon danışığı zamanı Ukraynadakı vəziyyət və yaranmış böhrandan çıxış yolları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR