APA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 4-də, yerli vaxtla saat 05:25-də Şəkidən 6 km şimali-şərqdə zəlzələ qeydə alınıb.
Zəlzələ 3 bala qədər hiss olunub. Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib.
Qeyd edək ki, bu, son sutka ərzində Şəkidə qeydə alınan üçüncü seysmik hadisədir.