Çin İrandan neft idxalını 81 % artırıb

Çin İrandan neft idxalını 81 % artırıb
# 23 mart 2013 15:46 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Çin İrandan neft idxalını 2013-cü ilin fevral ayında ötən ilin eyni ayı ilə müqayisədə 81% artırıb.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, nəticədə Çin bu ilin fevral ayında İrandan orta hesabla gündəlik 1.28 milyon barel neft alıb.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, mart ayında Çin İrandan gündəlik neft idxalını 1.4 milyon barelə qədər artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR