Türkiyə Liviya müxalifətini silahlandırması ilə bağlı ittihamları rədd edib

Türkiyə Liviya müxalifətini silahlandırması ilə bağlı ittihamları rədd edib
# 10 mart 2015 23:36 (UTC +04:00)

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl Liviyanın keçid hökumətinin baş naziri Abdulla at-Tani Türkiyəni Liviyanın daxili işlərinə müdaxilə etməkdə və müxalifəti silahlandırmaqda ittiham edib. Bundan sonra isə Liviya hökuməti Türkiyə şirkətlərinin ölkə ərazisində fəaliyyətinə qadağa qoyub.

“Bu tamamilə yalan iddiadır. Türkiyə heç vaxt Liviyaya silah tədarük etməyib”, deyə Çavuşoğlu Maltaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Türkiyə Liviyada atəşkəsi dəstəkləyir. Nazirin sözlərinə görə, Liviya münaqişəsinə xaricdən hərbi müdaxilə etmək çox təhlükəlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR