Bu ilin doqquz ayında Bərdədə 300 min manatdan artıq elektrik enerjisinin itkisi bərpa edilib

Bu ilin doqquz ayında Bərdədə 300 min manatdan artıq elektrik enerjisinin itkisi bərpa edilib
# 04 noyabr 2014 13:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərenerji” ASC bu ilin sentyabr ayında keçirilmiş reydlər zamanı Bərdə rayonunda 114 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edib.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 359,4 min kilovat saatdan artıq itirilmiş elektrik enerjisinin 21,6 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində sözügedən qayda pozuntusuna görə 1 320-dən artıq akt tərtib olunub, 5 mln. 180,9 min kilovat saatdan artıq itirilmiş elektrik enerjisinin 310,9 min manatdan çox istehlak dəyəri bərpa edilib.


Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin məbləğlə yanaşı ötən ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR