“Bank Standard”ın kredit portfeli 16%-ə yaxın artıb

“Bank Standard”ın kredit portfeli 16%-ə yaxın artıb
# 03 avqust 2015 12:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov– APA-Economics. 2015-ci ilin II rübündə “Bank Standard” ın aktivlərinin həcmi 1 mlrd. 203,404 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,13% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə hesabat dövründə bankın kredit portfeli 15,51 % artaraq 901,788 mln. manat olub.

Hesabat dövründə istehlak kreditlərinin həcmi 152,673 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 4,83% azdır.

Bu ilin 6 ayında bankın ipoteka kreditlərinin həcmi 51,273 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 3,43% çoxdur və kreditlərin 42,604 mln. manatı (83,09%) ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin eyni dövründə bankın depozit portfeli 1,45% artaraq 749,503 mln. manata yüksəlib. Əhalinin əmanətlərinin həcmi isə 545,075 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,92% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 31,08 % artaraq 54,317 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 75 mln. manat təşkil edib.

Bu ilin 6 ayında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 39,52% artaraq 65,383 mln. manat, xərcləri isə 36,68% artaraq 65,066 mln. manata çatıb.

Bu ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 317,69 min. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 14 filialı, 151 bankomatı, 1212 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR