Bakıda BMT-nin Azərbaycanda kənd təsərrüfatı sektorunun gələcək inkişafını layihələndirmək məqsədi ilə strategiyasının təhlili seminarı keçirilir

Bakıda BMT-nin Azərbaycanda kənd təsərrüfatı sektorunun gələcək inkişafını layihələndirmək məqsədi ilə strategiyasının təhlili seminarı keçirilir
# 23 oktyabr 2014 07:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda BMT-nin ixtisaslaşmış agentliyi olan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (İFAD) Azərbaycanda kənd təsərrüfatı sektorunun gələcək inkişafını layihələndirmək məqsədi ilə strategiyasının təhlili seminarı keçirilir.

APA-Economics” xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri Heydər Əsədov və İFAD-ın Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Avropa Bölməsinin direktoru Xalidə Bouzar iştirak edir.

Tədbirdə çıxışı zamanı H. Əsədov bildirib ki, İFAD-la tərəfdaşlıq kənd təsərrüfatı sektorunun transformasiya olunmasına, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə və biznes imkanlarının yaradılmasına fürsət verib.

O, qeyd edib ki, ölkənin kənd təsərrüfatı və kənd yerlərinin inkişaf strategiyaları ilə uzlaşan İFAD-ın maliyyələşdirdiyi layihələr çərçivəsində aparılan fəaliyyətlər təbii ehtiyatların davamlı idarə edilməsi üçün aktivlərə və xidmətlərə, habelə suvarma sistemlərinin təkmil formada idarə edilməsinə çıxışı təmin etməkdən ibarətdir.

“Qurumun layihələri kənd iqtisadiyyatının əsas qüvvəsi olan kənd təsərrüfatı sektorunu inkişaf etdirməyə dəstək verib. Nəticədə isə əlverişsiz kənd icmalarının yaşayış imkanları yaxşılaşıb”, - deyə H . Əsədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR