Sumqayıtda baş verən yol qəzasında bir nəfər ölüb

Sumqayıtda baş verən yol qəzasında bir nəfər ölüb
# 09 iyul 2015 10:55 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda ağır yol qəzası qeydə alınıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 8-i saat 13 radələrində Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qəsəbə sakini Anar Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayrıcına vurub.

A. Məmmədovun sərnişinlərindən Gülnar Səfərəliyeva hadisə yerində ölüb, digər sərnişini Fərqanə Səlimova xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR