“GEN” MMC-nin işi üzrə təqsirləndirilən iş adamının cinayət işinə xitam verilib

“GEN” MMC-nin işi üzrə təqsirləndirilən iş adamının cinayət işinə xitam verilib
# 05 fevral 2013 10:02 (UTC +04:00)

Bu barədə APA-ya cinayət işinin istintaqını aparan Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Nazim Abdullayev məlumat verib.

Müstəntiqin sözlərinə görə, cinayət işində adı keçən və bir müddət beynəlxalq axtarışda olan Seyidov Ağa Arif oğlunun günahı sübuta yetirilmədiyindən cinayət işinin onunla bağlı hissəsinə xitam verilib. A. Seyidovun barəsində elan olunmuş axtarış da dayandırılıb.

Qeyd edək ki, “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev və daha bir neçə nəfər yaşayış evi tikmək adı ilə vətəndaşlara külli miqdarda ziyan vurublar. Təqsirləndirilən A. Seyidov şirkətin rəhbəri Elbrus Əliyevin ən yaxın adamlarından olub. İş üzrə ilk olaraq 18 nəfərin təqsirləndirilməsinə baxmayaraq, bir müddət sonra onlardan bəziləri sərbəst buraxılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev 12 il, MMC-nin əməkdaşları Əliyar Abbasov 10 il, Həbib Ağayev 10 il, Nəbi Məmmədov 11 il, Asif Ələmovun 10 il, Ramin Əliyev 10 il, Kamran Məmmədov 9 il, İlkin Səfərov 9 il, Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum olunublar.

Hökmə əsasən, onların hər birinin əmlakı da müsadirə olunub.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR