“Atrabank” aktivlərini artırıb

“Atrabank” aktivlərini artırıb
# 04 sentyabr 2014 10:12 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 2014-cü ilin II rübündə “Atrabank” ASC-nin aktivlərinin həcmi 68,434 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,8% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 5,4% azalaraq 40,877 mln. manat olub.

2014-cü ilin iyulu ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 13,739 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövrünə olan göstəriciyə nisbətən 18,4% azdır.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 35,2% artaraq 10,423 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 21,9% azalaraq 17,689 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 83,1% artaraq 21,321 mln. manata çatıb, nizamnamə kapitalı isə 95,9% artaraq 20 mln. 424,80 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 27,1% azalaraq 2,938 mln. manat, xərcləri isə 22,3% azalaraq 2,887 mln. manata çatıb.

Bu ilin altı ayı ərzində bankın əldə etdiyi mənfəət 50,66 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 13 filialı, 10 bankomatı, 62 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR