FHN Lənkəranda köməkçi tikilidə baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Lənkəranda köməkçi tikilidə baş vermiş yanğınla bağlı məlumat yayıb
# 30 aprel 2015 15:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda köməkçi tikilidə baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyası 3 kv.m sahədə və içərisində olan əşyalar yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alaraq, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR