Azərbaycanda sərxoş sürücülərin törətdiyi qəzalar artır

Azərbaycanda sərxoş sürücülərin törətdiyi qəzalar artır
# 05 aprel 2013 11:21 (UTC +04:00)

Bu hadisələr nəticəsində 42 nəfər dünyasını dəyişib, 105 nəfər yaralanıb. APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov bildirib.

R. Hüseynov qeyd edib ki, bu qəzalar və tələfatlar ildən-ilə artan templə gedir: “Belə ki, 2011-ci ildə 88 fakt qeydə alınmışdı və o zaman 31 ölüm halı və 91 yaralı olmuşdu”.

Rəis müavini əlavə edib ki, ildə 17-18 min sərxoş sürücü DYPİ tərəfindən aşkar edilir. Bu səbəbdən sərxoş sürücülərə qarşı cərimələrin sərtləşdirilməsinə ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR