Azərbaycan parlamentinin sədri Çexiyaya gedir

Azərbaycan parlamentinin sədri Çexiyaya gedir
# 03 dekabr 2014 09:31 (UTC +04:00)

APA-nın məlumatına görə, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Malik Həsənov, Çingiz Əsədullayev, Mahir Aslanov, Sədaqət Vəliyeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Nümayəndə heyəti səfər çərçivəsində ölkənin Deputatlar Palatasında və Senatda olacaq, Çexiya qanunverici orqanının fəaliyyəti ilə yaxından tanış olacaq, onları maraqlandıran məsələlər ətrafından fikir mübadiləsi aparacaqlar. Səfər zamanı spiker O.Əsədovun Meloş Zeyman, ölkənin deputatlar palatasının sədri Yan Hamaçek, Senatın sədri Milan Sştex və Azərbaycanla olan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşü olacaq. Bu görüşlərdə parlamentlərarası münasibətlərin bu günü və gələcək inkişafı, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında danışıqlar aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR