Səfir: Kubada Səudiyyə Ərəbistanı və Türkiyənin təşəbbüsü ilə iki məscid inşa olunacaq

Səfir: Kubada Səudiyyə Ərəbistanı və Türkiyənin təşəbbüsü ilə iki məscid inşa olunacaq
# 08 aprel 2015 12:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Kuba Respublikasının Azərbaycandakı səfiri Omar Medina Kintero AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfir ilk olaraq institutun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə ölkələr arasında əlaqələrdən söz açılıb, səfirə Şərqşünaslıq İnstitutunun fəaliyyət istiqamətləri barədə məlumat verilib.


Səfir daha sonra Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüb. Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Omar Medina Kinteronu institut əməkdaşlarına təqdim edib. Omar Medina Kintero ölkəsinin tarixindən və hazırkı durumundan bəhs edib, ölkələr arasında əlaqələrdən danışıb. Kubanın müsəlman əhalisindən də danışan səfir, ölkəsində Səudiyyə Ərəbistanı və Türkiyənin təşəbbüsü ilə iki məscidin inşa olunacağını bildirib. Sonda Omar Medina Kintero şərqşünas alimləri maraqlandıran suallara cavab verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR