Oktyabrda Bakıda daha bir piyada keçidi açılacaq

Oktyabrda Bakıda daha bir piyada keçidi açılacaq
# 04 iyul 2014 12:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektində inşa edilən yeraltı piyada keçidinin tikintisinin oktyabr ayında başa çatdırılması planlaşdırılır.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, keçidin bir giriş-çıxışı Bədən Tərbiyəsi və İdman Akademiyası, digəri isə “Caspian Shop” ticarət mərkəzi istiqamətinə olacaq.

Keçidin uzunluğu 90 m, eni 4,7 m, hündürlüyü isə 3 m təşkil edəcək.

“Artıq yolun hərəkət hissəsinə düşən tunelin betonlanması işləri başa çatdırılıb. Hazırda istinad divarlarının betonlanması və örtüyün hidroizolyasiyası işləri gedir”, - deyə P. Mürsəliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR