Şəkidə 25 yaşlı oğlan intihara cəhd edib

Şəkidə 25 yaşlı oğlan intihara cəhd edib
# 09 oktyabr 2015 06:56 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə 25 yaşlı oğlan intihara cəhd edib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 02:30 radələrində Şəki şəhəri, Bəşir Məmmədov küçəsi ev 6 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Elşən Azər oğlu Abdullayev sol qolunun said nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, o, intihar etmək məqsədi ilə ülgüclə özü-özünə xəsarət yetirib. E. Abdullayevə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR