MSK-nın nəzdində şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu və sənədləri yoxlamaq üçün işçi qrup yaradılıb

MSK-nın nəzdində şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu və sənədləri yoxlamaq üçün işçi qrup yaradılıb
# 21 oktyabr 2014 13:50 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK-nın nəzdində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupunun yaradılması məsələsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, 5 MSK üzvü və qurum əməkdaşları (MSK katibliyinin şöbə müdiri, MSK-da baş məsləhətçi, aparıcı məsləhətçi, MSK-nın Monitorinq şöbəsinin baş məsləhətçisi) daxil olmaqla, 9 nəfərdən ibarət ekspert qrupunun yaradılması təklif olunur. Eyni zamanda dairə seçki komissiyalarında 3 nəfərdən ibarət ekspert qrupunun yaradılması təklif edilib.

MSK sədri Akif Qurbanov eyni şəxslərin həm MSK üzvü, həm də ekspert qrupunun üzvü olmasının obyektivliyə xidmət etmədiyini söyləyib: “Çünki MSK üzvü ekspert kimi rəy verəcək, sonra da MSK-nın iclasında həmin rəyə münasibət bildirəcək. Bu, nə dərəcədə düzgündür? Bu, formallıqdır. Bu format Seçki Məcəlləsinin tələblərinə uyğun gəlmir”.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün İşçi Qrupu yaradılması və tərkibin müəyyən edilməsi məsələsi də müzakirəyə çıxarılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR