Ötən il Ombudsman Aparatına prokurorluq orqanları ilə bağlı 756 şikayət daxil olub

Ötən il Ombudsman Aparatına prokurorluq orqanları ilə bağlı 756 şikayət daxil olub
# 26 fevral 2015 14:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ötən il Ombudsman Aparatına prokurorluq orqanları ilə bağlı 756 şikayət daxil olub.

APA-nın məlumatına görə, bu barədə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik hesabatında bildirilib.

Bildirilib ki, müraciətlərdə əsasən, istintaqın qeyri-obyektiv aparılması, cinayət işinin başlanmasının əsassız rədd edilməsi, fakta görə cinayət işinin başlanmaması, əsassız olaraq cinayət işi üzrə icraatın dayandırılması, istintaqın gedişi barədə məlumatın verilməməsi kimi hallar öz əksini tapıb.

Bir sıra hallarda toplanmış materialda cinayət tərkibi olmaması qənaətinə gəlinərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların qanuniliyi Müvəkkilin Baş Prokurorluğa müraciətindən sonra yoxlanılıb, tam və hərtərəfli araşdırma aparılmadığı müəyyən edildiyi hallarda həmin qərarlar ləğv edilərək, material üzrə əlavə araşdırma aparılması barədə göstəriş verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR