Səhiyyə Nazirliyi Narkoloji Mərkəzin korrupsiya ittihamı ilə həbs edilən direktor müavininin vəzifəyə təyin olunması barədə məlumatlara münasibət açıqlayıb

Səhiyyə Nazirliyi Narkoloji Mərkəzin korrupsiya ittihamı ilə həbs edilən direktor müavininin vəzifəyə təyin olunması barədə məlumatlara münasibət açıqlayıb
# 13 fevral 2012 14:16 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu yazılar əsassızdır: “Ötən il noyabr ayının 3-ü tarixindən etibarən məhkəmənin qərarına əsasən Könül Vəliyeva tutduğu vəzifəsindən kənarlaşdırılıb, onun vəzifələrinin icrası İlham Əyyub oğlu Məmmədova həvalə olunub. İlham Məmmədov həmin vəzifəni bu gün də icra edir”.
Nazirlikdən bildirilib ki, Bakı Apelyasiya Məhkəməsinin K. Vəliyevaya dair çıxardığı qərar qüvvəyə minib. Həmin qərar Səhiyyə Nazirliyinə daxil olduğu zaman nazirlik tərəfindən qanunvericiliyə uyğun müvafiq qərar qəbul edəcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə korrupsiyada ittiham olunan K. Vəliyeva 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, onun barəsində 3 il şərti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edib və məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Könül Mahmud qızı Vəliyevanın yenidən vəzifəyə təyin olunmasına barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR