Azərbaycanın sənaye və energetika naziri «Statoil Azerbaijan»ın prezidentini qəbul edib

Azərbaycanın sənaye və energetika naziri «Statoil Azerbaijan»ın prezidentini qəbul edib
# 19 sentyabr 2012 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev «Statoil Azerbaijan» şirkətinin prezidenti Lars Sorenseni qəbul edib. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli məlumat verib.

Onun sözlərinə görə, görüşdə Azərbaycanla «Statoil» arasında əməkdaşlıq məsələləri müzakirə olunub: «Bu il «Statoil» şirkətinin Azərbaycanda fəaliyyətinin 20 ili tamam olur. Görüşdə də məhz bu müddət ərzində həyata keçirilən birgə layihələr və onların nəticələri bir daha nəzərdən keçirilib və qiymətləndirilib».

A.Mənsimli onu da qeyd edib ki, «Statoil»un prezidenti L.Sorensen şirkətin gələcəkdə də Azərbaycanda yeni layihələrdə iştirak edəcəyini vurğulayıb.

Qeyd edək ki, görüşdə həmçinin yeni enerji layihələri, o cümlədən neft-qaz layihələri, karbohidrogen kəşfiyyatı, nəqli, hasilatı və s. məsələlər müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR