Riçard Morninqstar: “ABŞ və Azərbaycan arasında əlaqələr güclü və çoxşaxəlidir” - FOTOSESSİYA
13 sentyabr 2012 19:31 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, tədbirdə Benqazidə həlak olmuş ABŞ səfirliyinin 4 əməkdaşının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Səfir Morninqstar bu məsələdə ABŞ-a göstərdiyi dəstəyə görə, Azərbaycana və digər ölkələrə təşəkkürünü bildirib.
O qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında əlaqələr güclü və çoxşaxəlidir. Səfirin sözlərinə görə, iki tərəfli əlaqələr əsasən təhlükəsizlik, enerji və daxili islahatları əhatə edir.
O qeyd edib ki, Azərbaycan ilə ABŞ tək regionda deyil, dünyanın digər yerlərində də sabitlik və təhlükəsizliyin təşviqi üçün birgə çalışmalarını davam etdirməlidir. Morninqstar Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında rolunu yüksək qiymətləndirib.
Dağlıq Qarabağ məsələsinin həllinə toxunan səfir bildirib ki, bu problemin həlli hamının marağındadır. O həmçinin iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığın regional sabitliyə töhfə verdiyini deyib.
Səfirin sözlərinə görə, ABŞ Azərbaycanın enerji sektorunun güclənməsinə dəstəyini davam etdirəcək.
Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, Azərbaycana akkreditə olunmuş diplomatlar, din xadimləri və siyasi partiya rəhbərləri iştirak ediblər.

Xarici siyasət
Şahbaz Şərif Ceyhun Bayramovla Azərbaycan-Pakistan-Türkiyə formatının gücləndirilməsini müzakirə edib
18:16
30 may 2024
BMT Baş katibinin köməkçisi: ANAMA ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik
18:11
30 may 2024
Polineziyalı siyasətçi: Azərbaycanın neokolonizmdən əziyyət çəkən xalqlara dəstəyini yüksək qiymətləndiririk
17:55
30 may 2024
Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb
16:56
30 may 2024