Tahir Əmiraslanov: “Bizim insanlarda qəribə xasiyyət meydana gəlib, hamı avropalılara bənzəməyə çalışır”

Tahir Əmiraslanov: “Bizim insanlarda qəribə xasiyyət meydana gəlib, hamı avropalılara bənzəməyə çalışır”
# 03 avqust 2012 13:03 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov verib. T. Əmiraslanov deyib ki, proqramın icrasından sonra ölkədə və xaricdə milli mətbəxin təbliği, o cümlədən təqdimatı sahəsində irəliləyişlərə nail oluna bilinəcək.

Azərbaycan mətbəxinin ölkədə təqdimatı ilə bağlı da danışan T. Əmiraslanov vəziyyətin qənaətbəxş olmadığını bildirib: “Müstəqilliyin ilk illərində, Azərbaycanda müasir restoran biznesi yarananda əsas maliyyə vəsaiti xaricilərdə olduğundan, sərmayəçilərin əksəriyyəti də əcnəbilər olub. Bununla da paytaxtın mərkəz hissəsində əcnəbilərin diktəsinə uyğun restoranlar fəaliyyətə başlayıb. Digər tərəfdən də Azərbaycan mətbəxinin tədris və təbliğinə savadsız yanaşmalar çoxdur. 1991-ci ildə bu sahə ilə bağlı ayrıca məktəbin yaradılmasına dair Nazirlər Kabinetinin qərarı olub, lakin qərar icra edilməyib. Bundan başqa bizim insanlarda qəribə xasiyyət meydana gəlib. Hamı avropalılara bənzəməyə çalışır. Bunu isə sosial-psixoloji xəstəlik hesab edirəm”.

T. Əmiraslanovun sözlərinə görə, problemdən çıxış yolları tükənməyib: “Bu sahəni beş il ərzində bizim quruma versinlər və qanunlara riayət olunmasına dövlət nəzarəti həyata keçirilsin. İki il ərzində problemi həll edə bilərik. Yəni güclü dövlət nəzarəti və mərkəzləşmiş idarəetmə problemin dərinləşməsinin qarşısını almaq gücündədir. Azərbaycanda peşəkar dövlət qurumu Milli Kulinariya Mərkəzidir, qeyri-hökumət təşkilatı isə Azərbaycan Kulinariya Assosiasiyasıdır ki, bu qurum da dünya tərəfindən tanınır. Bu sahənin düzəlməsi üçün Nazirlər Kabinetinin 1991-ci ildə verdiyi qərar, bir də Heydər Əliyevin tapşırıq və qərarları sadəcə olaraq yerinə yetirilməlidir”.

T. Əmiraslanov Azərbaycan yeməklərinin qısa vaxtda müştəriyə təqdim edilməsi üçün görülməsi vacib olan işlərdən də danışıb: “Bu gün dünyanın bir çox ölkələri bu sahədə uğurlar əldə edib. Bu da bir nəfərin işi deyil. Həmin avadanlıqları yaratmaq üçün institut işləməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR