«ExxonMobil» şirkətinin Azərbaycandakı layihələr üzrə yeni meneceri ARDNŞ rəhbərliyinə təqdim olunub

«ExxonMobil» şirkətinin Azərbaycandakı layihələr üzrə yeni meneceri ARDNŞ rəhbərliyinə təqdim olunub
# 18 aprel 2012 08:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev «ExxonMobil» şirkətinin Azərbaycan layihələri üzrə meneceri Maykl Uaytın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, R.Abdullayev ARDNŞ ilə «ExxonMobil» arasında əməkdaşlıq münasibətlərindən məmnun olduğunu deyərək bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.

ARDNŞ ilə tərəfdaşlıq əlaqələrinin «ExxonMobil» üçün əhəmiyyətli rol oynadığını vurğulayan M.Uayt özünün Azərbaycandakı fəaliyyət dövrünün başa çatdığını deyərək, bu şirkətin Azərbaycan üzrə yeni meneceri təyin olunmuş Alister MakLeodu təqdim edib. M.Uayt «ExxonMobil»in Azərbaycan layihələrinə yeni menecerin başçılıq etdiyi dövrdə də ikitərəfli əməkdaşlığın inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR