“Azərenerji”: “Sumqayıt” və “Şimal” elektrik stansiyaları işini bərpa edib

“Azərenerji”: “Sumqayıt” və “Şimal” elektrik stansiyaları işini bərpa edib
# 14 fevral 2012 09:18 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.

Gücü 400 MVtt olan «Şimal» stansiyasının işi fevralın 12-də, gücü 525 MVtt olan Sumqayıt stansiyası isə fevralın 13-də axşam saatlarından bərpa olunub. «Hazırda stansiyalar normal rejimdə işləyərək ölkənin enerji sistemini enerji ilə təmin edirlər» - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən həftə hava şəraitinin kəskin pisləşməsi fonunda Bakının bir sıra hissələrinin enerji təminatında problem yaranmışdı. Həmin vaxt «Bakıelektrikşəbəkə»nin nümayəndələri bunu yuxarıda adı çəkilən stansiyaların işindəki problemlərlə əlaqədar olaraq «Azərenerji»nin paytaxta verdiyi elektrik enerjisinin həcminin 20-25% azalması ilə izah etmişdilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR