“BP-Azərbaycan” şirkətinin rəhbərliyində dəyişiklik olub-YENİLƏNİB
13 oktyabr 2012 19:30 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə “BP-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı məlumat verib.
Onun sözlərinə görə, son bir neçə gün ərzində “BP-Azərbaycan” şirkətindən heç kim istefaya getməyib və ya göndərilməyib: “Sadəcə, şirkətin uzun müddətdir təqaüdə çıxmağı planlaşdıran terminal və quruda ixrac-boru kəmərləri üzrə vitse-prezidenti təqaüdə çıxıb. O, 5-6 ay öncə təqaüdə çıxmağı planlaşdırırdı. Elə o vaxtdan da “BP-Azərbaycan” vitse-prezident seçiminə başlayıb və artıq bu posta yeni təyinat olub. Azərbaycan vətəndaşı olmayan əvvəlki vitse-prezident 5 ildən çox müddətdə Azərbaycanda çalışıb və neft sənayesinin inkişafına öz töhfələrini verib. Yeni vitse-prezident də Azərbaycan vətəndaşı deyil”.
Qeyd edək ki, T.Bayatlı nə əvvəlki, nə də yeni vitse-prezidentlərin adını açıqlamayıb. “BP-Azərbaycan” şirkətinin saytında isə göstərilən vəzifə üzrə vitse-prezidentin Kemp Kouplend olduğu göstərilib. “APA-Economics”in apardığı araşdırma nəticəsində məlum olub ki, təqaüdə çıxan vitse-prezident məhz bu şəxsdir.
***
“bp-Azərbaycan”dan aldğımız məlumata görə, bu vəzifəyə Qreyq Uigs (Graig Wiggs) təyin edilib. Vəzifə təyinatı 2013-cü il yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Qreyq Uigs 2008-ci ilin ortalarından etibarən, şirkətin Trinidad və Tobaqodakı ofisində vitse-prezident vəzifəsində çalışıb, hazırda “Yuxarı Axın” əməliyyatları İdarə Heyətinin üzvüdür.
Uiqs karyerasını Montana Dövlət Universitetini bitirdikdən sonra, 1981-ci ildə mühəndis kimi başlayıb. Həmin vaxtdan etibarən müxtəlif əməliyyat, qazma, tamamlama, alt-səthi və kommersiya sahəsində icraedici fəaliyyətlə məşğul olub.
Uiqs Şimali Amerika Qaz, Alyaska, Şimal dənizi, Meksika körfəzi və Trinidad və Tobaqo layihələrində rəhbər vəzifələr tutub.

Sənaye və energetika
Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma qiymətlərinin artırılmasına ehtiyac var idi - ŞƏRH
18:37
3 may 2024
Azərbaycanda dairəvi iqtisadiyyata dair milli konfrans keçiriləcək
17:45
3 may 2024
Elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı müəyyənləşib
17:38
3 may 2024
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri müəyyənləşdirilib
16:29
3 may 2024