Berlində Azərbaycan ədəbiyyatı ilə bağlı məruzə axşamı keçirilib

Berlində Azərbaycan ədəbiyyatı ilə bağlı məruzə axşamı keçirilib
# 16 iyul 2012 14:22 (UTC +04:00)
Bakı – APA. İyulun 13-də Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) “Azərbaycan ədəbiyyatında inkişaf yolları və aktual mövzular“ adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası ilə birgə əməkdaşlıqda təşkil edilən məruzə axşamının qonağı Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva olub.

AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova tədbir iştirakçılarını salamlayaraq məruzə axşamının qonağını təqdim edib. Sonra professor R. Qeybullayeva “Azərbaycan ədəbiyyatında inkişaf yolları və aktual mövzular“a dair məruzə ilə çıxış edib. Məruzədən sonra fikir mübadiləsi aparılıb və məruzəçi verilən sualları cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR