Bu gün Türkiyənin baş naziri İrana rəsmi səfərə gəlir

Bu gün Türkiyənin baş naziri İrana rəsmi səfərə gəlir
# 28 mart 2012 00:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə gəlir. APA-nın məlumatına görə, martın 26-27-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmiş Beynəlxalq Nüvə Təhlükəsizliyi Konfransında iştirak edən Türkiyənin baş naziri səfər çərçivəsində İran ali dini lideri, ayətullah Seyid Əli Xamneyi, prezident Mahmud Əhmədinejad, xarici işlər naziri Əli Əkbər Salehi, vitse-prezident Məhəmmədrza Rəhimi və digər yüksək səlahiyyətli şəxslərlə görüşəcək. Görüşlərdə regional, ikitərəfli və beynəlxalq məsələlər müzakirə ediləcək. Eyni zamanda R.T.Ərdoğan İran prezidentinə Seul konfransının detalları barədə ətraflı məlumat verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR