İstanbulda “Petkim” və Hollandiyanın “APM Terminals” şirkətləri arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

İstanbulda “Petkim” və Hollandiyanın “APM Terminals” şirkətləri arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
# 13 fevral 2012 13:11 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu gün İstanbulda “Petkim” şirkəti və dünyanın ən böyük liman işlətmələri firmalarından olan Hollandiyanın “APM Terminals” şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, nəhəng neft-qaz kompleksi çərçivəsində Türkiyənin Aliağa bölgəsində inşa ediləcək liman Hollandiya şirkəti tərəfindən idarə olunacaq.

Qeyd edək ki, “Petkim” limanının tikintisi 2014-cü ildə başa çatacaq. Layihəyə 350-400 mln. dollar investisiya qoyulması gözlənilir. 2014-2046-cı illər ərzində limanı Hollandıyanın “APM Terminals” şirkəti idarə edəcək.

Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, indiyə qədər Azərbaycan tərəfindən Türkiyənin ən böyük neftayırma müəssisəsi olan “Petkim” şirkətinə 9 mlrd. dollar investisiya yatırılıb. Onun sözlərinə görə, mərhələli investisiya planları sayəsində “Petkim”in yerləşdiyi Aliağa qəsəbəsi Egey dənizinin ən böyük neft limanı halına gələcək: “İnvestisiyaların tamamlanmasından sonra yarımada dünyanın ən böyük neft məhsulları istehsalı və nəqliyyatının inteqrasiyası kompleksi olacaq”.

Hollandiyanın “APM Terminals” liman işlətmələri şirkətinin təmsilçiləri də dünyanın ən böyük neft və qaz istehsalçılarından biri olan ARDNŞ ilə qarşılıqlı investisiyaya əlaqələri qurmaqdan məmnun olduqlarını vurğulayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR