İran prezidenti İraqa səfər edəcək

İran prezidenti İraqa səfər edəcək
# 20 sentyabr 2012 00:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejad İraqa səfər edəcək. APA-nın İSNA-ya istinadən məlumatına görə, bu barədə İranın İraqdakı səfiri Həsən Danayifər açıqlama verib. Onun sözlərinə görə, səfər çərçivəsində M. Əhmədinejad İraq prezidenti Cəlal Talabani və digər ölkə rəsmiləri ilə görüşəcək: “Bütün görüşlərdə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq. H. Danayifər səfərin tarixini açıqlamasa da, bunun M. Əhmədinejadın ABŞ-a səfərindən sonra reallaşacağını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR