Buenos-Ayresdə qatar qəzası nəticəsində həlak olanların sayı 49 nəfərə çatıb

Buenos-Ayresdə qatar qəzası nəticəsində həlak olanların sayı 49 nəfərə çatıb
# 22 fevral 2012 23:37 (UTC +04:00)
Bakı-APA. Argentinanın paytaxtı Buenos-Ayresdə elektrik qatarının Onse stansiyasında qəzaya uğraması nəticəsində həlak olanların sayı 49 nəfərə çatıb. Bu barədə yerli təcili yardım xidmətinin nümayəndəsi Alberto Kreşenti məlumat verib.

Qatarda minədək sərnişin olub. 600-dən çox yaralının xəstəxanalara yerləşdirildiyi bildirilir. Qatar saatda 26 kilometr sürətlə relsdən çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR