Ağdamın “Qarabağ” komandası Təbrizin “Traktorsazi” klubunu məğlubiyyətə uğradıb

Ağdamın “Qarabağ” komandası Təbrizin “Traktorsazi” klubunu məğlubiyyətə uğradıb
# 12 iyul 2012 02:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İyulun 11-də Təbrizin “Traktorsazi” komandası ilə Ağdamın “Qarabağ” klubu arasında yoldaşlıq görüşü keçirilib. APA-nın məlumatına görə, oyun hər iki komandanın Türkiyənin Ankara şəhərində, Qızılcahamam bölgəsindəki “Patalya Thermal Resort” otelindəki təlim-məşq toplantısı çərçivəsində baş tutub. Bakı vaxtı ilə saat 20.00-da başlayan görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə sona çatıb. Oyunda yeganə qolu matçın 10-cu dəqiqəsində Vaqif Cavadov vurub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR